Almaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Almaniya səfirliyinin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Buna Hamburq şəhərində az sayda şəxsin Quranı və islam müqəddəslərini təhqir etməsi səbəb olub.

İran XİN Tasua günü edilən hərəkəti pisləyərək bunu nifrət, zorakılıq və ekstremizmin bariz nümunəsi hesab etdiyini bildirib.

“İran Almaniya hökumətinin bu məsələdə məsuliyyət daşıdığını hesab edir və bu hücumun səbəbkarlarına qarşı qəti addımların atılmasını tələb edir”, – məlumatda qeyd olunub.

Əvvəlki məqalə

Səlim Müslümov dövlətə vurduğu 7 milyon manat ziyanı ödəyib

Sonrakı məqalə

“Qərb “siqnalı” eşitmədi və biz daha sərt cavab verməli olduq”