“Qara Bağdan inamla Böyük Bağa çevrilən Qarabağ…”- Oljas Süleymenov İlham Əliyevi təbrik etdi

Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi fevralın 7-də keçirilmiş seçkilərdə qələbəniz münasibətilə təbrik edirəm.

Seçkilərdən əvvəlki dövrdə Sizin və bütün xalqınızın xidmətləri bu qələbəni şərtləndirib. Bu, Qara Bağdan indi inamla Böyük Bağa çevrilən Qarabağda qazanılan Qələbənin əks-sədasıdır.

Qoy Sizin bütün təşəbbüsləriniz həmişə “böyük” kəlməsi ilə müşayiət olunsun!

Sizə cansağlığı və uzun ömür arzulayıram”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.