Qara dənizdə fırtına rus tankerlərini zədələyib, ölən var

Kerç boğazında fırtına səbəbindən iki neft tankeri zədələnib.

TASS  xəbər verir ki, yük gəmilərindən biri quruya çıxıb. Gəminin batması nəticəsində neft sızması baş verib.

Məlumata görə, yüklə dolu olan “Volqoneft-212” və “Volqoneft-239” tankerləri sıradan çıxıb. Hadisə sahildən 8 kilometr aralıda baş verib.

“Rosmorrechflot” xəbər verir ki, hadisə nəticəsində neft sızması baş verib.

Xilasedicilər sahilə çıxan tankerdən 13 dənizçinin hamısını təxliyə ediblər, onlardan 1-i ölüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.