“Qarabağ” bosniyalı futbolçu ilə maraqlanmadığını açıqlayıb

“Amar Rahmanoviç bizi maraqlandırmır”.

Apasport.az saytının məlumatına görə, bunu Ağdamın “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.

Azərbaycan çempionunun rəsmisi Bosniya və Herseqovinanın “Sarayevo” klubunun futbolçusu Amar Rahmanoviçin keçidi barədə yayılan xəbərlərə münasibət bildirib. Çəlikəl Bosniya və Herseqovina mətbuatına açıqlamada bu ölkədən olan həmkarlarımızın yaydığı məlumatı təkzib edib: “Yəqin ki, menecerlər onu gündəmə gətirir”.

Sarayevonun eyniadlı təmsilçisinin rəsmisi Emir Hadziç “Qarabağ”ın oyunçu ilə maraqlanmamağını təbii hal sayır: “Klubun onunla maraqlanmamağı tam normaldır. Son iki ildəki oyunu ilə Amar milli komandaya layiq olduğunu göstərib. Onun yığmaya çağırılmasından böyük reklam ola bilməz. “Qarabağ”la birbaşa təmasımız olmayıb. Biz hər gün Rahmanoviç və digər oyunçularımız barədə müraciətlər alırıq. Onun çıxışından razıyıq. Necə olacağını zaman göstərəcək”.

Qeyd edək ki, Amarın “Sarayevo” ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sosial şəbəkələri bağlaya bilərik” –

Sonrakı məqalə

Lənkəranda “Dairəvi qala” əsaslı təmir olunacaq –