SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov Dağlıq Qarabağla bağlı açıqlama verib.
Azpost.info bildirir ki, M.Qorbaçov RİA-ya müsahibəsində problemin həllində Rusiyanın vasitəçilik səylərinə ümid etdiyini vurğulayıb. Onun sözlərinə görə, bütün hallarda əsas rol Ermənistan və Azərbaycanın üzərinə düşür. Qorbaçov qeyd edib ki, hər iki tərəfin maraqlarına uyğun həll variantını tapmaq lazımdır.
“Qarabağ çox ağır məsələdir. Köhnə və kökü keçmişə gedir. Bu problem kəskinləşəndə biz hər iki respublikaya kömək etməyə çalışdıq. Daha sonra Rusiya cəhd etdi”-deyə Qorbaçov bildirib.
Sabiq sovet rəhbəri hesab edir ki, hərbi əməliyyatların dayandırıldığı bir zamanda problemi həll etmək mühümdür. “Ümid edirəm, Rusiya kömək edə biləcək. Amma əsas rol Azərbaycan və Ermənistanın üzərindədir”.
Xatırladaq ki, bu gün Moskvada Rusiya,Azərbaycan və Ermənistan liderləri arasında Dağlıq Qarabağla bağlı görüş keçiriləcək.