Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Qarabağ hərəkatı” bitib, onu diriltmək müharibə deməkdir” –

User 11 Dekabr 2025 - 11:39 (Last updated: 11 Dekabr 2025 - 11:39)
pasinyan abs rusiya cixis

Ermənistanın Baş naziri Nikol Paşinyan Bakıya birgə şəkildə yol xəritəsi hazırlamağı və bununla paralel olaraq Qarabağ məsələsini bağlamağı təklif edir.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

“Deyirəm, gəlin oturaq, tədbirlərin yol xəritəsini hazırlayaq ki, bu mövzunu necə gündəmdən çıxarmağı anlayaq. Bu mövzunun gündəmdən çıxarılması uzunmüddətli perspektivdə istənilən münaqişə vəziyyətinin istisna olunması deməkdir”, – Paşinyan Azərbaycanın Xarici İşlər Nazirliyinin son bəyanatını şərh edərkən bildirib.

Paşinyanın sözlərinə görə, bu, həssas mövzudur. Bununla belə o, Qərbi Azərbaycan narrativini qəbul etmir.

“Əgər biz bir-birimizin ərazi bütövlüyünü tanımışıqsa, deməli, bunu tam şəkildə həyata keçirməliyik. Mən yolu belə görürəm”, – Baş nazir bildirib.

Bununla yanaşı, Paşinyan Ermənistandakı müxalif qüvvələrin ritorikasını da tənqid edib. Onlar iddia edirlər ki, Qarabağ məsələsi bağlanmayıb və Qarabağ ermənilərinin qayıtmaq hüququ var.

“Mən Qarabağdan olan bizim insanlara da demişdim ki, onların qayıdışı real deyil. Əgər biz qayıdış gündəmini davam etdirsək, bu, o deməkdir ki, yenidən Qarabağ hərəkatına başlayırıq. Mən isə artıq bildirmişdim ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik. Qarabağ hərəkatı başa çatıb, onu yenidən diriltmək cəhdləri fayda verməyəcək”, – Paşinyan vurğulayıb.

Baş nazirin fikrincə, əgər erməni tərəfi Qarabağ məsələsinin həll olunmadığını deyirsə, bu, yeni müharibə deməkdir: “Qarabağ məsələsinin davam etdirilməsi yeni müharibə, yeni qurbanlar, yeni əzablar, yeni blokada və onun gözlənilməz nəticələri deməkdir. Kim deyir Qarabağ məsələsi bağlanmayıb, mahiyyət etibarilə belə deyir ki, Ermənistan yeni müharibəyə başlamalıdır”.

Qeyd edək ki, Bakı “Ermənistan-Aİ strateji tərəfdaşlıq” sazişinin yeni mətnindən narazılıq ifadə edib, sənədin sülh prosesinə zidd olduğunu bəyan edib. Azərbaycanın XİN-i sənədə daxil edilmiş “Azərbaycanın hərbi əməliyyatlarından sonra qaçqın vəziyyətinə düşmüş Qarabağ erməniləri” ifadəsini və bu məsələyə İrəvan–Brüssel tərəfdaşlığında prioritet status verilməsini qəbuledilməz hesab edir./APA/

AzPost.az

Post navigation

Previous: 11 ayda 143 min nəfərə pensiya və müavinət təyin olunub
Next: Avropa Birliyi ölkələri Ukrayna ilə bağlı gizli danışıqlar aparırlar –

Oxşar xəbərlər

tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
aramko
  • Dünya

Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi

User 08 Noyabr 2026 - 13:14

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.