“Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur” –

Ter-Petrosyan
07 İyun 2021 - 18:09

“Dağlıq Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur və bundan çıxış etmək lazımdır”.

“Sputnik Atmenia” saytının verdiyi məlumata görə, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan rəhbəri olduğu “Erməni Milli Konqresi” partiyasının növbədənkənar parlament seçkiləri ilə bağlı seçkiqabağı proqramının təqdimatı zamanı deyib.

Sabiq prezident bildirib ki, ölkənin siyasi partiyaları Qarabağ münaqişəsində Ermənistanın müttəfiqi olmadığını anlaya bilmir. “İnsanlar hələ də gah Amerika, gah İran, gah da digər hansısa istiqamətlərə ümidlə baxmağa davan edirlər. Biz eyni səhvləri təkrarlasaq, bütün dünya üçün ən zavallı ölkəyə çevriləcəyik”, – deyə o vurğulayıb.

Ter-Petrosyanın sözlərinə görə, seçki ərəfəsində Ermənistanda hansı yolla olur-olsun hakimiyyətə gəlmək istəyən iki qütb formalaşıb: “Hər iki tərəf böyük maliyyə, inzibati və kriminal resurslara malikdir və məqsədinə çatmaq üçün istilən addımı atacaq. Bu situasiyanın yaratdığı təhlükələr haqqında danışmaq istəmirəm”.