Qarabağ Universitetinin Beynəlxalq dil mərkəzinə direktor seçilib

Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Ramil Hacıyev universitetin Beynəlxalq dil mərkəzinə direktor təyin olunub.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Ramil Hacıyev Türkiyənin 19 Mayıs Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə bakalavr, xarici dilin tədrisi metodologiyası ixtisaslaşması üzrə isə magistratura təhsilini tamamlayıb. Hazırda təhsilini doktorantura səviyyəsində davam etdirir.

R.Hacıyev “British School”, “SABAH” qrupları və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbində müxtəlif proqramlar üzrə dərsləri tədris edib. Həmçinin müxtəlif universitetlərin ingilis dili proqramlarında müəllim, direktor müavini və direktor vəzifələrində çalışıb. O, London Biznes Mərkəzi, Arizona Dövlət Universiteti, Oksford Kolleci və digər nüfuzlu təhsil müəssisələrində təşkil olunmuş təlimlərdə və ixtisasartırma proqramlarında iştirak edib.

Əvvəlki məqalə

Qumla oynamağən uşaq sağlamlığına

Sonrakı məqalə

Parlament və Atatürk prospektləri avtobuslar üçün bağlanır