“Qarabağa görə sizi təbrik edirəm, afərin sizə” –

Lukaşenko Lavrovla görüşdü
26 Noyabr 2020 - 14:42

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində müsbət rol oynadı. Sizi təbrik edirəm”.

Azpost.info bildirir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib.

“Sizi Qafqazda baş verənlərlə bağlı təbrik etmək istərdim. Afərin sizə…Təbii ki, tənqidlər olacaq. Amma Rusiyanın vasitəsi ilə bu qanlı qarşıdurma dayandı. İndi orada daha insanlar ölmür. Bu çətin  yol Qafqazda münasibətlərin normallaşması üçün uzun yolun başlanğıcıdır.  Bu müsbət və yaxşı işarətdir. Biz bu mövqeyi dəstəkləyirik”-deyə Lukaşenko bildirib.