“Qarabağa görə sizi təbrik edirəm, afərin sizə” –Lukaşenko Lavrovla görüşdü

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində müsbət rol oynadı. Sizi təbrik edirəm”.

Azpost.info bildirir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib.

“Sizi Qafqazda baş verənlərlə bağlı təbrik etmək istərdim. Afərin sizə…Təbii ki, tənqidlər olacaq. Amma Rusiyanın vasitəsi ilə bu qanlı qarşıdurma dayandı. İndi orada daha insanlar ölmür. Bu çətin  yol Qafqazda münasibətlərin normallaşması üçün uzun yolun başlanğıcıdır.  Bu müsbət və yaxşı işarətdir. Biz bu mövqeyi dəstəkləyirik”-deyə Lukaşenko bildirib.

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin Fransa Senatına qarşı qəbul etdiyi etiraz bəyanatı –

Sonrakı məqalə

Yağış yağacaq, güclü külək əsəcək –