Qarabağa qeyri-qanuni gəlmiş Belçika deputatı atəş altına düşüb

29 Oktyabr 2020 - 17:38

Qarabağda olan Belçika federal parlamentinin deputatı atəş altına düşüb.

Azpost.info TASS-a istinadən bildirir ki, bu barədə mötəbər mənbə məlumat verib.

“Deputat Qarabağdadır. O zərər çəkməyib”-deyə mənbə vurğulayıb. Təhlükəsizlik baxımından əcnəbi deputatın adı açıqlanmayıb.

Belçika deputatının işğal edilmiş Qarabağa qeyri-qanuni səfəri Azərbaycanın ərazi bütövlüyünə hörmətsilikdir.