“Qarabağ regionuna sülhün qayıtması üçün bütün müqəddəslərə dua edirəm”.
Azpost.info bildirir ki, bu sözləri Roma Papası bazar günü keçirilən dua mərasimində deyib.
“Dağlıq Qarabağda qısa atəşkəslər olmaqla hərbi münaqişə gedir. Döyüşlər mülki əhaliyə də əzab gətirir. Bu faciədir”-deyə Papa bildirib.
Roma Papası münaqişə tərəflərini hərbi qarşıdurmanı dayandırmağa çağırıb: “Münaqişəni beynəlxalq ictimaiyyətin vasitəçiliyi ilə yalnız danışıqlar yolu ilə həll edilə bilər”-deyə Roma Papası çağırışında deyib.