Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yüklərin iki istiqamətdən çatdırılmasına dair razılıq əldə olunub.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.
BQXK-nın Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Laçın yolu ilə yanaşı, Ağdam – Xankəndi yolu vasitəsilə çatdırılması razılaşdırılıb.
Həmçinin əlavə olunub ki, yüklər BQXK-nın maşınları ilə daşınacaq.
Azpost.info