Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Qarabağda 75-dən çox günəş enerjili baza stansiyası quraşdırılıb

User 08 Sentyabr 2026 - 14:46

“Qurumlar arasında rəqəmsal sənəd mübadiləsi hər ay təxminən 5 milyon səhifəyə qənaət etməyə imkan verir. Bu, ildə 6 mindən çox ağacın qorunması deməkdir”.

APA xəbər verir ki, bunu “Bakı İqlim Həftəsi 2026” (BCAW 2026) çərçivəsində keçirilən “COP29-dan İqlim Həftəsinə: “Yaşıl Dünya” üçün Rəqəmsal Fəaliyyət Yolu” adlı paneldə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov deyib.

O bildirib ki, peyklər, məsafədən zondlama və coğrafi informasiya sistemləri vasitəsilə Azərbaycanda quraqlıq, səhralaşma və su ehtiyatları monitorinq edilir, su səviyyəsi və çaylarda suyun keyfiyyəti izlənilir.

Nazir müavini telekommunikasiya sektorunda da ətraf mühitə təsirin azaldılması istiqamətində işlərin aparıldığını bildirib: “Bərpa olunan enerji ilə işləyən günəş enerjili baza stansiyalarının quraşdırılmasına başlanılıb. Bu stansiyalar fəaliyyət müddətinin 60 faizindən çoxunda bərpa olunan enerjidən istifadə edir. Yalnız Qarabağda belə stansiyaların sayı 75-dən çoxdur. Azərbaycanın təcrübəsi rəqəmsal fəaliyyətin ölçülə bilən nəticələr verdiyini göstərir. Bu, daha az kağız sənədlərə, daha aşağı enerji istehlakına, meşələrin qorunmasına və daha yaxşı ekoloji nəticələrə gətirib çıxarır”.

AzPost.az

Post navigation

Previous: TƏBİB-in İcraçı direktoruna müşavir təyin edilib
Next: Sonrakı yazı

Oxşar xəbərlər

savkat baki
  • Ölkə

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Bakıya gəlib

User 14 Oktyabr 2026 - 18:59
tokayev
  • Ölkə

Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəldi

User 14 Oktyabr 2026 - 17:38
mudir esebi zeher
  • Ölkə

Mübahisədən sonra ən çətin barışan bürclər

User 13 Oktyabr 2026 - 15:27

xƏBƏR

peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinin görüşü mühüm əhəmiyyət daşıyır....
Read more about “Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML
Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
Gülmək sağlamlığa necə təsir edir? gulus
  • Maraqlı

Gülmək sağlamlığa necə təsir edir?

User 23 Oktyabr 2026 - 16:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.