Qarabağda prioritet üçtərəfli bəyanatların həyata keçirilməsidir –Rusiya XİN

Dağlıq Qarabağ münaqişəsi rayonunda vəziyyətin normallaşması ilə bağlı səylər çərçivəsində prioritet 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların həyata keçirilməsidir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı ssesisyasında Rusiyanın mövqeyi ilə bağlı yaydığı bəyanatda bildirilib.

“BMT agentliklərinin, xüsusilə də BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin Rusiyanın sülhməramlı əməliyyatının keçirildiyi zonada humanitar fəaliyyətə qoşulmasını faydalı hesab edirik. BMT agentliklərininin mümkün işlərinin parametrləri Bakı və İrəvanla birbaşa koordinasiyalı şəkildə razılaşdırılmalıdır”, – deyə Rusiya XiN məlumatında qeyd olunub. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Şuşaya getmək istəyirəm” –

Sonrakı məqalə

Azərbaycana daha 20 ölkədən uçuşlar başlayır