Qarabağda sarsıdıcı məğlubiyyətdən erməni generalının ürəyi partladı

24 Noyabr 2020 - 13:41

“Ölümə gedənlər Birliyi”nin sədri, Fövqəladə Hallar Nazirliyində Xilasetmə Xidmətinin rəis müavini çalışmış, general-mayor Astvatsatur Petrosyan ölüb.

Modern.az xəbər verir ki, yaxınları 67 yaşlı generalın Qarabağdakı sarsıdıcı məğlubiyyətin təsiri altında ürək tutmasından keçindiyini yazırlar.

Xatırladaq ki, Astvatsatur Petrosyan Birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan torpaqlarına təcavüzdə aktiv iştirak edib. O 1992-ci il mayın 8-də Şuşaya hücumun əsas iştirakçılarından olub. Bundan başqa, 1992-ci ilin yanvarında Ermənistan müdafiə nazirinin müşaviri, 1993-2000-ci illərdə müdafiə nazirinin müavini postlarını tutub. O, Qarabağ döyüşlərindəki iştirakına görə, I dərəcəli “Döyüş Xaçı” ordeni ilə də mükafatlandırılıb.