“Qarabağda, Suriyada, İraqda Türkiyə qədər heç bir ölkə fədakarlıq etmədi” –ƏRDOĞAN

“Türkiyə qədər faciələr qarşısında prinsipial davranan ikinci bir ölkə yoxdur. Daha öncə İraqda, Suriyada, Liviyada, Qarabağda, indi isə Əfqanıstanda Türkiyə qədər heç bir ölkə fədakarlıq etmədi”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mersin əhalisi ilə görüşündə çıxış edərkən deyib.

Ərdoğan deyib ki, qardaşlığın və insanlığın vəzifə borcu olaraq yerinə yetirilən bu humanst davranışlarını Türkiyə davam etdirsə də, miqrasiya məsələlərində bu məsuliyyəti tək daşımayacaq: “Türkiyə milyonlarca məzluma qucaq açdı. Mersin miqrant və terrora məruz qalan məzlumlara ən çox yer verən, böyük köç yükünü qəbul edən bölgələrimizdən biridir. Amma artıq köç yükü məsələsində Avropa ölkələri başda olmaqla digər çevrələrin daha real davranmalarının və faktiki addım atmalarının vaxtı gəlib. Biz humanizm prinisiplərimizi qorusaq da, artıq nə Mersinin, nə digər vilayətlərimizin köç məsuliyyəti altında qalmasına yol verməyəcəyik”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanlı tələbələrin təhsil haqqı ilə bağlı Türkiyə Ali Təhsil Şurasında müzakirələr aparılıb

Sonrakı məqalə

Polisimiz postdan keçən erməni maşınından qondarma “DQR gerbi”ni bıçaqla pozdu –