“Qarabağda silahsızlaşdırmanın həyata keçirilməsinin mexanizmləri hazırlanır”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Prezidentin köməkçisi bildirib ki, prosesin hansı marşrutlar üzrə həyata keçiriləcəyinin işçi mexanizmləri üzərində işlər görülür.