“Qarabağda Türkiyə ilə birgə nəzarət mərkəzinin yaradılması işi yekunlaşır” –Rusiyanın müdafiə naziri

“Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarətlə bağlı birgə monitorinq mərkəzinin yerləşəcəyi yerlə bağlı müzakirləri yekunlaşdırır”.

Azpost.info bildirir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu Putinin yanında sülhməramlılarla bağlı keçirilən iclasda bildirib.

“Memorandum çərçivəsində Azərbaycan ərazisində yaradılacaq atəşkəsə və bütün hərbi fəaliyyətə nəzarət edəcək rus-türk birgə nəzarət mərkəzi ilə bağlı müzakirələr yekunlaşır. Türkiyə tərəfi ilə mərkəzin yerləşəcəyi yer və yerinə yetiriləcək birgə fəaliyyət razılaşdırılır”- deyə Şoyqu vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir