Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Qarabağda Türkiyə ilə birgə təlimlər tarixi hadisədir” –

User 20 Oktyabr 2023 - 15:12 (Last updated: 21 May 2025 - 20:15)
azeri turk telim

Azərbaycanda keçiriləcək Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki hərbi təlimə cəlb edilən qardaş ölkənin ordusunun bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri ölkəmizdədir. “Mustafa Kamal Atatürk – 2023” təlimində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri də bu gün ölkəmizə gəlib. Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, birgə taktiki təlimin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla, bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır.

Təlimlərlə bağlı fikirlərini Azpost.info saytı ilə bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Bakıda, Naxçıvanda qardaş ölkənin hərbçiləri ilə birgə təlimlər tez-tez olur: “Amma Qarabağda ilk dəfədir ki, birgə təlimlərin keçirilməsi tarixi hadisədir. Bu, torpaqlarımızın azad edilməsinin göstəricisi olmaqla yanaşı, Türkiyənin Azərbaycanda və Qarabağda varlığının göstəricisidir. Bundan sonra düşünürəm ki, nəhayət, Şuşada Türkiyə konsulluğunun açılması prosesi sürətlənməlidir. Gözlədiyim odur ki, Türkiyə Prezidenti yaxın aylarda Qarabağa gələcək, Prezident İlham Əliyevlə birlikdə antiterror tədbirlərindən sonra işğaldan azad edilən ərazilərə  gedəcəklər. Necə ki, prezidentlər birlikdə Şuşada olmuşdular, Xankəndində də birgə gəzəcəklər”.

“Hərbi təlimlər çox vacibdir. Bu, Azərbaycan-Türkiyə birliyinə xidmət edir. Bölgədə maraqlı olan dövlətlərə, xüsusilə də Rusiya və İrana da bir mesajdır. Hesab edirəm ki, bununla həm də Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi daha da inkişaf edir”, – deyə Şahinoğlu əlavə edib.

Politoloq bildirib ki, Azərbaycan böyük problemi həll etsə də, təhlükələr qalmaqdadır: “Ona görə də düşünürəm ki, Türkiyənin Azərbaycan ərazisində hərbi bazası olmalıdır. “Baza” ifadəsindən çəkinənlər varsa, bunu “Türkiyənin Azərbaycandakı dislokasiya məntəqəsi” kimi də adlandırmaq olar. Bizim hər zaman güclü ordumuz olmalıdır və bu ordu hər zaman Türkiyə Ordusu ilə inteqrasiyada olmalıdır. Azərbaycan Prezidenti də dəfələrlə bildirib ki, Azərbaycan Ordusu Türkiyə Ordusunun kiçik modelinə çevrilməlidir. Biz NATO standartlarını mənimsəməliyik, bu istiqamətdə də addımlar atılır. NATO standartlarının müharibədəki qələbəmizdə də böyük rolu oldu. Sovet ordu modeli qalsaydı, Nəcməddin Sadıkov kimi şəxslər ordu sıralarından xaric edilməsəydi, müharibədə çətinliklərimiz olacaqdı, qələbə qazanmamız bəlkə də mümkün olmayacaqdı. Ona görə də hesab edirəm ki, Türkiyə Ordusu ilə bizim ordumuzun inteqrasiyası sürətlənməlidir. Türkiyənin ərazimizdə dislokasiya məntəqəsi olsa, bu, inteqrasiyaya daha çox təkan verər və Azərbaycanın təhlükəsizliyinə töhfə verər”.

A.ABDULLA

Azpost.info

 

Post navigation

Previous: Gürcüstan nüvə müharibəsi ehtimalına qarşı ətraflı plan hazırlayıb
Next: Xəzərdə İrandan Azərbaycana külli miqdarda narkotik və siqaret keçirməyə cəhd olunub

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
Qobustanın qayaları min illər əvvəl burada yaşayan insanların həyatından, ov üsullarından və dünyagörüşündən xəbər verir. Böyükdaş dağındakı...
Read more about Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?
Kim Çen In Çinə elan olunmamış səfər edib CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
Neftimizin qiyməti 127 dollara yaxınlaşır neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51
Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.