“Qarabağda vəziyyətin sabitləşməsi regionda əlaqələrinin bərpasına imkan verib” –Rusiya XİN

Dağlıq Qarabağda və ona bitişik rayonlarda vəziyyətin sabitləşməsi regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı işlərin başlanmasına imkan verib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci il üçün xarici siyasət fəaliyyətinə dair icmalında bildirilib.

Qeyd olunub ki, noyabrın 9-da Rusiya, Azərbaycan və ermənistan liderləri tərəfindən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi fəaliyyətin dayandırılması haqqında bəyanat qəbul olunub: “Təmas xətti və Laçın dəhlizi boyunca Rusiya sülhməramlı kontingenti yerləşdirilib, beynəlxalq humanitar reaksiya mərkəzi yaradılıb. Nəticədə Dağlıq Qarabağda və ona bitişik rayonlarda vəziyyət sabitləşib. Bu da regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı işlərin başlanmasına imkan verib. Rusiya ATƏT-in Misnk Qrupu çərçivəsində siyasi nizamlanma prosesinin hərəkətə gətirilməsinə iştirak edib”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şəhid əsgər Goranboyda dəfn olunub –

Sonrakı məqalə

İlham Əliyev Ərəb Əmirliklərinin Prezidentinə və Dubay Əmirinə başsağlığı verib