Qarabağdan Ermənistana gedən qaçqınların rəsmi sayı açıqlanıb

16 İyul 2021 - 20:05

Ermənistanda Dağlıq Qarabağdan qaçqın düşmüş 21 min 615 nəfər yaşayır.

Azpost.info bildirir ki, bu barədə İrəvanda qaçqınlarla bağlı yaradılmış operativ qərargahdan məlumat açıqlanıb.  “1 iyul 2021-ci tarixinə Ermənistanda Qarabağdan qaçqınların sayı 21615 nəfər, yaxud 5448 ailədir. Onlardan 68 faizi vilayətlərdə, 31 faizi İrəvanda məskunlaşıb”-deyə məlumatda vurğulanır.