“Qarabağın Ermənistanın işğalından azad olmasına necə dəstək verdiksə, Qarabağın bərpa edilməsinə də elə dəstək verəcəyik”.
Bunu bu gün Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib.
“Biz bəziləri kimi masada ayrı, meydanda ayrı mövqe nümayiş etdirmirik”, – deyə F. Oktay qeyd edib. (APA)