“Qarabağ”ın başına 25 tikiş qoyulan qapıçısı meydana qayıdıb –FOTO

“Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev zədədən sonra yenidən meydana qayıdır.

Apasport.az saytının məlumatına görə, milliləşən legioner Azərbaycan kubokunun “Sumqayıt”la bugünkü matçının start heyətində yer alıb.

O, yarımfinalın cavab oyununda “Qarabağ”ın əsas qapıçısı kimi meydana çıxacaq. “Səbail”lə Premyer Liqanın XXIII turunun matçında başından ağır zədə alan qapıçı aprelin 16-dakı hadisədən 13 gün sonra yenidən komandasına kömək edəcək.

Qeyd edək ki, Azərbaycan yığmasının əsas qapıçısı olan Şahrudin “Səbail”lə matçın (1:1) 26-cı dəqiqəsində Amil Yunanovla toqquşmadan sonra meydanı tərk etməli olub. Onun başına 25 tikiş qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Çexiya, Bolqarıstan və Baltikyanı ölkələrin hərəkətlərinə dözmək niyyətində deyilik” –

Sonrakı məqalə

Paşinyan Rusiyanın Baş naziri ilə Qarabağdakı vəziyyəti müzakirə edib