“Qarabağ”ın rəqibi heç-heçə edib –

“Fənərbaxça” darmadağınla qalib gəlib
21 Noyabr 2020 - 22:02

Türkiyə Super Liqasında X tur start götürüb.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 4 matç keçirilib.

Avropa Liqasının qrupunda Azərbaycan çempionu “Qarabağ”ın rəqibi “Sivasspor” səfərdə “Fatih Karagümrük”lə görüşüb. Ağdam təmsilçisi ilə oyun ərəfəsində sivaslılar heç-heçə ilə kifayətləniblər – 1:1.

Çempionatın liderlərindən olan “Fənərbaxça” “Gənclərbirliyi” ilə səfər matçında darmadağına sevinib. İstanbul derbisində “Beşitkaş” “Başakşəhər”dən güclü olub. “Qaziantep” səfərdə “Dənizlispor”u bir qolla üstələyib.

Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq.

Türkiyə Super Liqası
X tur
21 noyabr
“Fatih Karagümrük” – “Sivasspor” – 1:1

Sabo, 86 – Lihay, 44 (avtoqol)
“Dənizlispor” – “Qaziantep” – 0:1
Özer, 26
“Gənclərbirliyi” – “Fənərbaxça” – 1:5
Angelo, 31 – Yandaş, 14, Perotti, 31 (pen.), 69, Sosa, 47, Tufan, 72
“Beşiktaş” – “Başakşəhər” – 3:2
Hatçinson, 44, Larin, 45, Abubakar, 72 (pen.) – Qulbrandsen, 81, 90+4