“Qarabağla bağlı Rusiya ilə Minsk Qrupu çərçivəsində işləyirik” –

ATƏT-in Baş katibi Xelqa Şmidt
21 İyun 2021 - 15:27

“Rusiya ilə Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinə vasitəçilik etmək üçün Minsk qrupu çəriçivəsində işləyirik”.

Azpost.info bildirir ki, bu barədə ATƏT-in Baş katibi Xelqa Şmidt Rusiya XİN başçısı Sergey Lavrovla görüşü zamanı bildirib.

S.Lavrov isə deyib ki, müzakirə ediləcək böyük bir hissə ATƏT-in tənzimləməsi ilə məşğul olduğu münaqişələrdir. “Bura ukraynadaxili, Qarabağ, Dnestryanı və Cənubi Qafqazla bağlı Cenevrə disskusiyaları daxildir”.