“Həm əraizdə, həm də diplomatik müstəvidə vəziyyət çox mürəkkəbdir. Bizim mövqeyimiz digər bütün Avropa dövlətlərinin mövqeyi kimi bundan ibarətdir ki, Qarabağ münaqişəsinin dayandırılması, gərginliyin azaldılması üçün başqa bir dövlət münaqişəyə müdaxilə etməməlidir”.
Azpost.info bildirir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo bu gün keçirdiyi brifinqdə bildirib.
Dövlət katibi Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin azaldılması üçün digər ölkələrin münaqişədən uzaq durmasının vacib olduğunu bildirib.
Pompeo bəyan edib ki, məsələnin həlli üçün diplomatik qərar vacibdir. Bu təkcə ABŞ-ın deyil, hamının ən yaxşı arzusu və marağında olmalıdır.
Dövlət katibi qeyd edib ki, bu məsələni o, cümə günü Azərbaycan və Ermənistan XİN başçıları ilə müzakirə edəcək.
Maraqlıdır ki, ABŞ Dövlət katibi münqaişənin həlli üçün vasitəçi qismində çıxış edən ATƏT-in Minsk Qrupunun adını çəkməyib.