Qaradərili şəxsin ölümünə görə Minnesotanın 4 polis məmuru işdən qovulub

28 May 2020 - 10:25

Minnesota ştatının Minneapolis şəhərində ağdərili zabitin dizini afroamerikalı şəxsin boynuna sıxmasından sonra zərərçəkən həyatını itirb və bu səbəbdən dörd polis məmuru işindən azad edilib.

Bir şəxs tərəfindən çəkilən video sosial mediaya yerləşdirilib və sürətlə ölkə daxilində yayılıb.

Minneapolis Bələdiyyə Başçısı Ceykob Frey çərşənbə axşamı tweetində dörd işçisini işdən azad etməyin “doğru addım” olduğunu deyib.

“O, ölməməli idi. İzlədiyimiz şeylər dəhşətli idi. Vəziyyət tamamilə çıxılmazdır. Bu insanın həyatı vacibdir. İnanıram və gördüyüm hər səviyyədə yanlışlıqdır. Amerikada qaradərili olmaq ölümə səbəb olmamalıdır” – deyə, o bildirib.

Minneapolis polisi zərərçəkmiş Corc Floydun saxtakarlıq işi üzrə axtarışda olan şübhəliyə bənzədiyini və Floydun tabe olmaq əmrinə müqavimət göstərməsindən sonra məmurların hərəkət etdiyini deyib.

Videoda ağdərili bir məmurun əlində qandal tutub dizini Floydun boynuna sıxdığı əks olunub.

“Xahiş edirəm, xahiş edirəm, xahiş edirəm, nəfəs ala bilmirəm. Xahiş edirəm, yoldaş” Floydun dediklərini eşitmək olur, ətrafdakılar polisi onu buraxmağa çağırır.

Floydun üstündəki məmur onu “rahatlanmağa” çağırır, ancaq zərərçəkənin hərəkət etmədən dayanmasından sonra Floydun boynunda dizini bir neçə dəqiqə saxlayır. Bir şahid Floydun ölməzdən əvvəl anasını çağırdığını eşitdiyini deyib.

Minneapolis polisi tam araşdırma vəd edir, FTB isə Floydun vətəndaş hüquqlarının pozulduğunu araşdıracaq.

Çərşənbə axşamı yüzlərlə insan faciəyə etiraz etmək üçün Floydun öldüyü yerə toplaşıb. Onlar bir neçə kilometrlik məsafəni qət edərək polis məntəqəsinə yürüş ediblər və burada polis dəstələri ilə silahlı qarşıdurma baş verib. Etirazçılar ən azı bir polis dəstəsinin maşınını dağıdıblar, məntəqə binasının şüşələrini sındıraraq binanın ön hissəsinə qraffiti çəkiblər. Polis nümayişçilərə gözyaşardıcı qaz və öldürücü olmayan atəşlə cavab verib.