Bill Klinton prezidentin qaçırılan qızından yazacaq

28 May 2020 - 10:11

ABŞ-ın sabiq prezidenti Bill Klinton və yazıçı Ceyms Pattersonun “Prezidentin qızı” adlı ikinci dedektiv romanı nəşr olunacaq.

Axşam.az xəbər verir ki, bu “Publishers Weekly” nəşri məlumat yayıb.

Yeni roman Amerikanın Nyu-Hempşir ştatına köçmüş keçmiş ABŞ prezidentinin qızının qaçırılmasından bəhs edir.

Qeyd edək ki, Bill Klinton və yazıçı Ceyms Pattersonun “Prezident yoxa çıxdı” adlı ilk romanı 2018-ci ildə nəşr olunub. Kitab ilk həftədə bestsellerə çevrilib.