Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qaradağda qayıdışla bağlı məcburi köçkünlərlə görüş keçirilib

User 03 İyun 2026 - 11:40 (Last updated: 03 İyun 2026 - 12:39)
qht ces

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏCİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qayıdışa aparan yol” adlı layihəni icra edir.

İctimai birliyin nümayəndələri layihə çərçivəsində nəzərdə tutulan növbəti tədbiri həyata keçirərək Qaradağ rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Qobu Park-2 Yaşayış Kompleksində onlarla görüş keçiriblər.

Tədbirin əvvəlində bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

İctimai Birliyin sədri Tahir Xudiyev layihə barədə məlumat vermiş və görüşün məqsədini iştirakçıların diqqətinə çatdırmışdır. O qeyd etmişdir ki, Qarabağa qayıdış azadlığa və sülhə gedən yoldur.

Tədbirdə məcburi köçkünlərdən Elxan Ağayev, şair-publisist, şəhid atası Əkbər Rüstəmov, Vəsilə Məhərrəmova, Sənubər Aslanova, Ruhiyyə Quliyeva, Bahar Məmmədova və İlhamə Orucova söz alaraq problemlərini səsləndirmişlər. BƏCİB tərəfindən hər birinin probleminin aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırılması və həlli istiqamətində qeydiyyatı aparılmışdır.

Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri Həsrət Almasov, “Şəhid Ailələrinə Sosial Dəstək” İB-in sədri Almaz Zeynalova və BƏCİB-in İdarə Heyətinin üzvü, şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası çıxışlarında maarifləndirmə məqsədilə təşkil olunan belə layihə və tədbirlərin qayıdışa aparan yolda müharibə əlillərinin, müxtəlif kateqoriyalı əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin və digər imtiyazlı şəxslərin sosial həyata inteqrasiya olunmalarına, yaşayış səviyyələrinin yüksəldilməsinə mənəvi köməklik və ictimai dəstək olacağına əmin olduqlarını bildirmişlər.

Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri Şamama Ağamirova da tədbirdə iştirak etmişdir.

Tədbirin sonunda xatirə şəkli çəkdirilmişdir.

 

AzPost.az

Post navigation

Previous: Ukrayna Rusiya ərazilərinə PUA-larla zərbə endirib –
Next: Soyqırım və deportasiya qurbanları ilə bağlı dəyirmi masa keçirilib

Oxşar xəbərlər

teyyare qeza rus
  • Sosial

Rusiyada “An-12” təyyarəsi qəzaya uğrayıb, 17 nəfər həlak olub

User 17 Noyabr 2026 - 19:20
Toy
  • Sosial

Camış əti və süni kürü… 41 şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı

User 17 Noyabr 2026 - 18:18
leyla
  • Sosial

ƏSA Teatrının aktrisası Leyla Musayeva vəfat etdi

User 17 Noyabr 2026 - 16:38

xƏBƏR

putin
  • Dünya

Putin Trampla görüş üçün Çinə gəldi

User 17 Noyabr 2026 - 22:47
Rusiya Prezidenti Vladimir Putin ABŞ və Çin liderləri ilə görüşünün keçiriləcəyi Çinin Şençjen şəhərinə gəlib. Xatırladaq ki,...
Read more about Putin Trampla görüş üçün Çinə gəldi
Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb london01
  • Dünya

Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb

User 17 Noyabr 2026 - 22:28
Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir urek mualice
  • Maraqlı

Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir

User 17 Noyabr 2026 - 22:06
Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır yuxu
  • Maraqlı

Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır

User 17 Noyabr 2026 - 21:53
ABŞ-ın məxfi məlumat şəbəkəsi çökdü – Trampın təhlükəsizliyi ilə bağlı açıqlama abs tehluksezliyi
  • Dünya

ABŞ-ın məxfi məlumat şəbəkəsi çökdü – Trampın təhlükəsizliyi ilə bağlı açıqlama

User 17 Noyabr 2026 - 21:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.