Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Soyqırım və deportasiya qurbanları ilə bağlı dəyirmi masa keçirilib

User 03 İyun 2026 - 11:50 (Last updated: 03 İyun 2026 - 12:30)
qht qer

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi “Soyqırım və deportasiya qurbanlarına dəstək” adlı layihənin icrasını uğurla davam etdirir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir. Layihənin icrasında Türkiyə Respublikası Bolqarıstan Türkəri Mədəniyyət və Xidmət Dərnəyi (BULTÜRK) və Özbəkistan Respublikasının “Yüksək səlahiyyət” təşkilatı tərəfdaş qismində iştirak edəcəklər.

Layihə fəaliyyəti çərçivəsində Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində  “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq platforma” adlı Beynəlxalq Konfrans keçiriləcəkdir.

Konfransda Türk Dövləti Təşkilatlarına (TDT)  üzv dövlətlərin və türkdilli etnik xalqların dövlət və qeyri-dövlət qurumlarının təmsilçiləri, Vətəndaş Cəmiyyəti İnstitutlarının, Diaspora nümayəndələrinin və mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulub. Bu istiqamətdə təşkilatın beynəlxalq təcrübəli ekspertləri tərəfindən təqdimatlar həyata keçiriləcək. Bu məqsədlə Bakı şəhərində deportasiya və soyqırım istiqamətində çalışan araşdırmaçılar, QHT rəhbərləri, dövlət qurumlarının və Qərbi Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə Dəyirmi Masa keçirilmişdir. Dəyirmi Masanın əsas hədəfi İstanbulda baş tutacaq beynəlxalq konfras öncəsi ekspertlərlə müzakirələr aparmaqdır. Bu beynəlxalq konfransın daha da keyfiyyətli, səmərəli və əhatəli təşkili üçün əhəmiyyət daşıyır.

Dəyirmi Masada Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin Prezidenti İlqar Hüseynli giriş və salamlama nitqi söyləmişdir. Daha sonra təşkilatın beynəlxalq məsələlər üzrə müavini Fərhad Qəşəmli layihənin məqsədləri barədə təqdimat etmişdir. Dəyirmi Masada Qərbi Azərbaycan İcmasının üzvü Rauf Zeynli, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Agentliyinin Müşahidə Şurasının üzvü Xatirə Vəliyeva, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli və İdarə Heyətinin üzvü Zaur İbrahimli və tanınmış ictimai-siyası xadimlər iştirak edirdilər.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli çıxış edərək bildirdi ki, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin icra etdiyi fəaliyyəti sadəcə layihə icrası kimi deyil, bir proses kimi qiymətləndirmək olar. Artıq 4-cü ildir ki, təşkilat bu istiqamət üzrə yerli və beynəlxalq səviyyədə davamlı və faydalı işlər görür. O layihənin növbəti mərhələsinin türk dilli auditoriyaya transferini yüksək qiymətləndirmiş və bir neçə təkliflər səsləndirmişdir. Bildirmişdir ki, bu xüsusda Qərbi Azərbaycana qayıdış prosesinin təqdimatı vacibdir və bu bir hüquq məsələsidir. 3 istiqamət prinsipial olaraq prioritetdir.

Tarixi faktlar, Mədəni irs və milli identifikasiya, hüquq məsələləri. Bunlar beynəlxalq səviyyədə təqdim olunmaqla Azərbaycanın milli maraqları qorunmalıdır. Daha sonra tanınmış ekspertlər, QHT rəhəbərlərindən Mirəli Hüseynli, Vüsalə Hüseynli, Zamin Zeynallı, İradə Rzazadə, Əhməd Abbasbəyli, Xatirə Vəliyeva, Aqil Camal, Rauf Zeyni və Aynurə Miriyeva çıxış edərək layihənin əhəmiyyətli olduğunu bildirmişlər və faydalı təkliflər səsləndirmişlər.

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin əməkdaşları tərəfindən bütün təkliflər toplanaraq layihənin strateji potensialının gücləndirilməsi məqsədilə müvafiq yol xəritəsinin hazırlanmasında istifadə olunacaq.

 

AzPost.az

Post navigation

Previous: Qaradağda qayıdışla bağlı məcburi köçkünlərlə görüş keçirilib
Next: Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri – FOTOLAR

Oxşar xəbərlər

teyyare qeza rus
  • Sosial

Rusiyada “An-12” təyyarəsi qəzaya uğrayıb, 17 nəfər həlak olub

User 17 Noyabr 2026 - 19:20
Toy
  • Sosial

Camış əti və süni kürü… 41 şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı

User 17 Noyabr 2026 - 18:18
leyla
  • Sosial

ƏSA Teatrının aktrisası Leyla Musayeva vəfat etdi

User 17 Noyabr 2026 - 16:38

xƏBƏR

london01
  • Dünya

Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb

User 17 Noyabr 2026 - 22:28
Böyük Britaniya İordan çayının Qərb sahilində İsrailin yaşayış məntəqələrinin tikintisi ilə əlaqəli səkkiz şirkətə qarşı sanksiyalar tətbiq...
Read more about Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb
Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir urek mualice
  • Maraqlı

Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir

User 17 Noyabr 2026 - 22:06
Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır yuxu
  • Maraqlı

Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır

User 17 Noyabr 2026 - 21:53
ABŞ-ın məxfi məlumat şəbəkəsi çökdü – Trampın təhlükəsizliyi ilə bağlı açıqlama abs tehluksezliyi
  • Dünya

ABŞ-ın məxfi məlumat şəbəkəsi çökdü – Trampın təhlükəsizliyi ilə bağlı açıqlama

User 17 Noyabr 2026 - 21:35
Nvidia-nın keçmiş rəhbəri geri qayıtmaq istəyir – Təklif gözləyir nvidia rehber
  • Dünya

Nvidia-nın keçmiş rəhbəri geri qayıtmaq istəyir – Təklif gözləyir

User 17 Noyabr 2026 - 21:25
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.