Qasım Süleymaninin qətlində əli olan ABŞ generalı aviabazada ölü tapıldı –

FOTO
01 İyul 2021 - 13:56
Lt. Col. James Willis, 55, the commander the 210th RED HORSE Squadron, New Mexico Air National Guard, died in a non-combat related incident at Al Udeid Air Base. (Courtesy New Mexico National Guard) [email protected] Mon Jun 28 16:53:08 -0600 2021 1624920787 FILENAME: 1930655.jpg

İran generalı Qasım Süleymaninin ölümündə əli olduğu iddia olunan ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ceyms Uillis Qətərdə yerləşən Əl-Udeyd aviabazasında ölü tapılıb.

“Qafqazinfo” xarici mənbələrə istinadən xəbər verir ki, Uillis İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymaninin ölümündə əlaqəli bilinərək İran xüsusi xidmət orqanları tərəfindən axtarılırdı.

ABŞ generalının ölümünün qeyri-döyüş şəraitində baş verdiyi bildirilsə də, hansı səbəbdən vəfat etdiyinə dair təfərrüatlar açıqlanmayıb.

ABŞ-ın Müdafiə Departamenti də generalın ölümü ilə bağlı hər hansı bir əlavə açıqlama verməyib.

Qeyd edək ki, yanvar ayında İranın ali lideri Ayətullah Əli Xamenei Q.Süleymaninin öldürülməsinə görə qisas alınacağını bildirmişdi.

Xatırladaq ki, Qasım Süleymani 2020-ci il yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində öldürülmüşdü.