Qaxda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Qax rayonu, Güllük kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

FHN-dən verilən məlumata görə, yanğın zamanı dağlıq ərazidə 200 m² sahədə kol-kos və 2 ədəd palıq ağacı yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

General Rövşən Əkbərovun məhkəməsi təxirə salınıb

Sonrakı məqalə

Lerikdə saxta COVID pasportu verən tibb işçisinə cinayət işi açılıb