Qaxda durna ovlayan ərəb turistləri cərimələndi –NAZİRLİK

Qax rayonunun Acınohur ərazisində xarici turistlərin qanunsuz ov hallarına yol verməsi barədə sosial şəbəkələrdə və mətbuatda  yayılan məlumatlar, foto və video materiallar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bu barədə Xidmətin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, bəzi görüntülərdə və yerində aparılan araşdırmalarda qanun pozuntuları müəyyən edildiyindən iki əcnəbi turist Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərinin pozulmasına və təbiətə vurulmuş ziyana görə cərimələniblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Rusiya ordusunun Gürcüstan ərazisindən çıxarılmasını tələb edib

Sonrakı məqalə

Hikmət Hacıyev Cəbrayılda erməni kilsəsinin sökülməsi ilə bağlı iddialara cavab yazdı