Qaxda kişi təzə paltar geyindi, 20 rükət namaz qıldı və özünü asdı

Suicide rope loop. Suicide noose concept

Qax rayonunda intihar hadisəsi qeydə alınıb.

“Sputnik Azərbaycan”ın məlumatına görə, hadisə rayonun Almalı kəndində baş verib.

Kənd sakini Nofəl Məzahir oğlu Yusifov özünü yaşadığı evin həyətyanı sahəsində gavalı ağacından asaraq intihar edib. Mərhumun meyitini anası aşkar edib. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, N.Yusifov üç il öncə, toyuna bir neçə gün qalmış sirkə turşusu içərək, intihara cəhd etmişdi. Həmin vaxt anasının müdaxiləsi ilə özünəqəsdin qarşısı alınmışdı.

Mərhumun qohumlarının sözlərinə görə, N.Yusifov intihardan əvvəl özünə aldığı təzə paltarları geyinib, 20 rükət namaz qılıb.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Mərhum ailəli idi, bir övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda şirkət direktoru koronavirusdan vəfat etdi –

Sonrakı məqalə

“Azərişıq”da yeni kadr islahatları həyata keçirilib