Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır

User 26 Avqust 2023 - 12:26 (Last updated: 21 May 2025 - 20:15)
442747

Sayğacdan sonra layihə-smeta sənədlərinə uyğun olaraq heç bir kəməri bağlı yerlə aparmaq olmaz. Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır.

Bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı deyib.

Qurum rəsmisi bildirib ki, bəzi abonentlər gizli şəkildə qaz borularını yerin altı ilə çəkir: “Bu kimi edilən dəyişikliklər sonda bədbəxt hadisə ilə nəticələnir. Abonentlərdən bu mövzuda son dərəcə diqqətli olmaları xahiş olunur. Qaz borularının yerin altı ilə aparılması qadağandır. Bu zaman qaz sızması halları yoxlanışlarda hiss olunmadığından əksər hallarda partlayış baş verir. Buna görə də mümkün qədər diqqətli olmaq lazımdır”, – deyə şöbə rəisi bildirib.

Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev sosial şəbəkə üzərindən borc saldosunun necə əldə olunması ilə bağlı ünvanlanan suala aydınlıq gətirib. Şöbə rəisinin sözlərinə görə, abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməlidir.

“Vətəndaşlar müraciət zamanı şəxsiyyət vəsiqəsinin əslini təqdim etməli, sayğac nömrəsi və ya abonent kodu haqqında hər hansı bir məlumatdan istifadə etməlidirlər. Bununla da borc saldosunu əldə edə bilərlər. Qeyd edək ki, bunun üçün heç bir rüsum tələb olunmur”, – deyə şöbə rəisi qeyd edib.

Post navigation

Previous: Sabah hava necə olacaq?
Next: Rusiya Prezident Administrasiyasının keçmiş rəhbəri vəfat edib

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
Polşada Konstitusiya Tribunalı ətrafında siyasi böhran daha da kəskinləşib. Prezident Karol Navrotski gecə saatlarında polis kordonunu yararaq...
Read more about Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə
“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
Tramp 150-dən çox əfqanı deportasiya edir miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41
Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir brexit-day-donald-tusk
  • Dünya

Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir

User 31 Oktyabr 2026 - 10:37
Azərbaycan neftinin qiyməti 126 dolları ötüb neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

User 31 Oktyabr 2026 - 10:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.