“Qazaxıstan-Azərbaycan əməkdaşlığının gələcəyinə böyük nikbinliklə baxıram”- Tokayev

Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq.

Bu sözləri Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 12-də Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüş zamanı söyləyib.

Qazaxıstan Prezidenti, həmçinin deyib: “Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.