Sanksiyalardan yayınmaq qanunla qadağan edildi- Avropa Parlamentindən QƏRAR

Avropa Parlamenti Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə imkan verən Aİ sanksiyalarından yayınmağı cinayət hesab edən qanunu təsdiqləyib.

Azpost.info xəbər verir ki, bu barədə Avropa Parlamentinin açıqlamasında deyilir.

Qərar Strasburqda keçirilən plenar iclasda qəbul edilib.

“Avropa Parlamenti 543 lehinə, 45 əleyhinə və 27 bitərəf olmaqla, pozuntuların cinayət hesab edilməsi və Aİ sanksiyalarından yayınma ilə bağlı üzv dövlətlərlə razılaşdırılmış direktivi qəbul edib. Sənəd pozuntuların ümumi tərifini və onlara görə cəzaları müəyyən edir”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

“Qazaxıstan-Azərbaycan əməkdaşlığının gələcəyinə böyük nikbinliklə baxıram”

Sonrakı məqalə

Passiv həyat tərzi və sterss demensiya riskini artırır