Qazaxıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib- FOTO

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıb.

Əvvəlki məqalə

Azərbaycan neftinin qiyməti 100 dolları ötüb

Sonrakı məqalə

UEFA Çempionlar Liqası: