Qazaxıstan Prezidenti Fransaya gedir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın 29-30-da Fransaya səfər edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Parisdə Kasım-Jomart Tokayev Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparmağı planlaşdırır. Bu danışıqlar zamanı ticarət sahəsində strateji tərəfdaşlığın inkişaf perspektivləri, iqtisadi, investisiya və humanitar sahələr müzakirə olunacaq”, – məlumatda bildirilir.

Azpost.info

Əvvəlki məqalə

Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılmır –

Sonrakı məqalə

“Delimitasiyasının tarixi xəritələr əsasında həyata keçirilməsinə çalışırıq” –