Qazaxıstan qəza ilə bağlı xilasetmə işlərində fərqlənənləri mükafatlandıracaq- RƏSMİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətə təyyarə qəzasının nəticələrinin aradan qaldırılması zamanı şücaət və yüksək peşəkarlıq nümayiş etdirmiş ən fərqlənən vətəndaşların dövlət mükafatlarına təqdim olunmasını tapşırıb.

Azpost.info xəbər verir ki, Tokayev bunu Qazaxıstanın Aktau hava limanı yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı keçirdiyi müşavirədə deyib.

“Biz qəzanın daha ciddi nəticələrinin qarşısını ala və bir çox insanın həyatını xilas edə bildik. Xilasetmə işləri yüksək səviyyədə həyata keçirilib. Hadisə ilə bağlı hərtərəfli məlumat operativ şəkildə ictimaiyyətə çatdırılıb. Vətəndaşlarımız ilk dəqiqələrdən həmrəylik, səmimi şəfqət və təşkilatçılıq nümayiş etdirərək zərərçəkənlərə yardım əlini uzadıblar. İnsanlar qan vermək üçün növbəyə düzülüb. Çoxlu soydaşlarımız Azərbaycan səfirliyinin binası önünə gül dəstələri qoyublar”, – Tokayev bildirib.

O qeyd edib ki, Qazaxıstan vətəndaşlarının faciəyə reaksiyası həm yerli, həm də xarici mətbuatda geniş işıqlandırılıb və bütün dünya qazaxıstanlı xilasedicilərin, həkimlərin və könüllülərin fədakar əməyinin şahidi olub.

“Qonşu dost ölkələr Azərbaycan, Rusiya və Qırğızıstanın vətəndaşları xüsusi minnətdarlıqlarını bildirirlər”, – Tokayev deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.