Rusiyanın postsovet məkanında ən böyük ticarət tərəfdaşlarından biri və KTMT hərbi blokunun üzvü olan Qazaxıstan Rusiyaya 106 adda məhsulun ixracına qadağa qoyub.
Azpost.info xəbər verir ki, bu barədə ölkənin ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev bildirib.
Onun sözlərinə görə, Ukraynada müharibə başlayandan sonra Qərb ölkələrinin tətbiq etdiyi ixrac nəzarəti müharibə zamanı istifadə oluna biləcək çiplərə, eləcə də elektronikaya təsir edəcək.
“Göstərilən 106 adda mal Qazaxıstanda istehsal olunmasa da, əvvəllər Qazaxıstan ərazisindən reeksport edilib. Qazaxıstana idxal həyata keçirilir, ixrac isə yox. Onlar təkcə Qərbdə deyil, başqa ölkələrdə də istehsal olunur”, – Torebayev deyib.
Azpost.info