Qazaxıstanda etirazlar –100-dən çox insan həbs olunub

Qazaxıstanda hökümət əleyhinə etirazlar zamanı 100-dən çox insan həbs olunub.

Almatıda meydanda fevralın 22-də günün ilk yarısında “Qazaxıstanda Demokratik Seçki” hərəkatının elan etdiyi mitinqdə müxalif Demokratik Partiyasının yaradılmasının 20-yə yaxın tərəfdarı, günün ikinci yarısında isə həmin meydanda əlavə 100-ə yaxın insan həbs olunub. Bundan əlavə Qazaxıstanın digər şəhərlərində də həbs olunanlar olub.

Mamayın tərəfdarları

İki müxtəlif siyasi qrup bu meydanda hökümət əleyhinə iki ayrı aksiya təyin edib. Günün ilk yarısında orada Demokratik partiyasının yaradılmasının tərəfdarları, nahardan sonra isə xaricdə yaşayan müxalifət lideri Muxtar Ablyazovun elan etdiyi aksiyanın iştirakçıları toplaşıb. Hər iki aksiya zamanı həbs olunanlar olub.

Yerli vaxtla səhər saat 11-də Almatının “Uşaq dünyası” adlı alış-veriş mərkəzinin önündə əsasən yaşlı insanlardan ibarət təxminən 20 nəfər toplaşıb.

Mitinq zamanı onlar “Janbolata azadlıq” şüarını səsləndiriblər. 31 yaşlı Janbolat Mamayı ondan öncəki gecə məhkəmə qərarı ilə “icazə verilməmiş mitinqə çağırış etmək” ittihamı ilə Almatı vilayətinin Kaskelen şəhərində həbs ediblər. Bunun ardınca həbslər başlanıb.

Həba olunanlar arasında Janbolat Mamayın həyat yoldaşı jurnalist İnqa İmanbay da olub. Daha sonra tərəfdarları polisin İmanbayı evinə apardığını bildirib. O, etiraz və etdiyi canlı yayım zamanı hamilə olduğunu söyləyib.

Ablyazovun tərəfdarları

Günün ikinci yarısında isə Astana polisi həmin meydanda sabiq bankir və müxalif siyasətçi Muxtar Ablyazovun elan etdiyi mitinqdə iştirak edən 100-ə yaxın insanı həbs edib. Nastoyasheye Vremya-nın müxbirinin bildirdiyinə görə, təhlükəsizlik işçiləri meydanda insanları həbs etməyə başladığı üçün mitinq baş tutmayıb. (Amerikanın Səsi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb

Sonrakı məqalə

Ümumdünya Səhiyyə Təşkilatı: