Qazaxıstanda iğtişaşlara görə 10 min insan saxlanılıb

11 Yanvar 2022 - 10:20

Qazaxıstanda iğtişaşlarla əlaqədar hüquq-mühafizə orqanları tərəfindən indiyədək 10 minədək insan saxlanılıb.

Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İğtişaşların iştirakçıları barəsində ümumilikdə 412 cinayət işi başladılıb.

İttihamlar arasında terror aktları və qətllər də var.