Yanvarın 13-dən Qazaxıstandan KTMT qoşunlarının çıxarılması başlanır –Tokayev "missiya başa çatdı" bəyanatını verdi

“Qazaxstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlılarının missiyası başa çatıb”. 

Azpost.info bildirir ki, bu barədə prezident Kasım Jomart Tokayev bu gün parlamentdə çıxışı zamanı bəyan edib.

KTMT ordusunun ölkədən çıxarılması iki gündən sonra -yanvarın 13-dən başlanacaq. 10 gün ərzində yekunlaşacaq.

Tokayev qeyd edib ki, Qazaxstana qarşı terror müharibəsi aparılıb: “Qazaxıstan hüquqi əsaslandırılmış formada KTMT-yə müraciət edib. Bu qərarı qəbul olunmasa idi Almatı şəhəri üzərində nəzarəti tam itirə bilərdik. Almatı itirsəydik, paytaxtı, sonra bütün ölkəni itirəcəkdik”.

Prezidentin sözlərinə görə, bir sıra şəhərlərdə Milli Təhlükəsizlik Komitəsinin nümayəndələri xidmət yerini qoyub qaçıblar.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qazaxıstana yeni Baş nazir təyin edilib

Sonrakı məqalə

Qazaxıstanda iğtişaşlara görə 10 min insan saxlanılıb