Qazaxıstanda ilk dəfə koronavirus peyvəndi vurulub

02 Avqust 2020 - 09:55

Qazax Milli Universiteti nəzdində Beynəlxalq vaksinologiya mərkəzinin həkimləri Qazaxıstanda yeni koronavirusa qarşı ilk vaksinasiyanı həyata keçiriblər.

AZƏRTAC xəbər verir ki, koronavirusa qarşı ilk peyvənd edilən şəxs vaksinologiya mərkəzinin direktoru Kaysar Tabınov olub. Ona Avstraliyada hazırlanmış və indi klinik sınaqların ilk mərhələsində olan COVAX-19 vaksini vurulub.

Xatırladaq ki, Qazaxıstanda koronavirus vaksininın hazırlanması istiqamətində iş aparılır. Peyvəndin kliniki sınaqlarına sentyabr ayında başlanması planlaşdırılır.

Ölkədə koronovirusa yoluxanların sayı 90 min 367 nəfərə çatıb, 60 mindən çox xəstə sağalıb, 793 nəfər bu virusdan həyatını itirib.