Almaniyanın mərkəzində tülkü 100-dən çox ayaqqabı oğurladı –FOTO

Almaniyanın Berlin şəhərində Zelendorf məhəlləsində tülkünün 100-dən çox ayaqqabını oğurladığı məlum olub.

“Tagesspiegel” qəzeti məlumat verir ki, məhəllə sakinlərinin qapının çölündə qoyduqları ayaqqablar yoxa çıxıb. Bir müddət sonra Kristian Meyer adlı sakin bir tülkünün ayaqqabı götürüb qaçdığını görüb.

O, tülkünün izi ilə gedərək bir ərazidə çox sayda müxtəlif rəngli ayaqqabıları tapıb.

Onun sosial şəbəkədə bu barədə yerləşdirdiyi məlumatın köməyi ilə bəzi şəxslər ayaqqabılarını geri qaytara biliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp amerikalıların gəlirlərindəki kəskin fərqdən narahatdır

Sonrakı məqalə

Qazaxıstanda ilk dəfə koronavirus peyvəndi vurulub