Qazaxıstanda Nazarbayevə qarşı etiraz edənlər polislə toqquşub

Qazaxıstanın ən böyük şəhəri olan Almatıda iyulun 6-da qiymətlərin qalxmasına və ölkədə Çinin getdikcə artan təsirinə qarşı etiraz aksiyası keçirilib.

İcazə verilməmiş aksiyanın təşkilatçısı müxalif Demokratik Partiyanın lideri Janbolat Mamay idi.

Bu etiraz aksiyasında Mamaya qoşulan tərəfdfarları vəzifəsindən formal olaraq istefa versə də ölkənin de facto lideri olaraq qalan Nursultan Nazarbayevə qarşı “çıx get” şüarı səsləndirirdilər. Aksiya 81 yaşlı Nazarbayevin ad gününə təsadüf edən Paytaxt günündə keçirilıib.

Mamay bildirib ki, ölkədə gündəlik tələbat mallarının qiymətləri rəsmi inflyasiyadan daha sürətlə qalxır. O habelə ölkə rəhbərliyini Qazaxıstanın Çindən asılılığını dərinləşdirməkdə ittiham edib.

Polis icazəsiz aksiyanın dayandırımasını tələb edib və bundan sonra toqquşmalar başlanıb. Mamayın arvadı İnqa İmanbayın verdiyi məlumata görə, bir neçə nəfər xəsarət alıb və azı üç nəfər saxlanıb.

Müxalifət lideri indiyədək çirkli pulların yuyulması ittihamı ilə məhkum edilib. Lakin tərəfdarları ittihamların siyasi motivli olduğunu bildirirlər.

Demokratik Partiya Ədliyyə Nazirliyində 2020-ci ilin dekabrında rəsmən qeydiyyata alınsa da, onun bu ilin fevral ayında qurultay keçirməsinə imkan verilməyib. Qazaxıstan hökuməti bildirir ki, ölkə qanunlarına görə hər hansı partiyanın təsis qurultayında azı min nümayəndə iştirak etməlidir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada təyyarə qəzasında ölənlərin cəsədləri tapılıb

Sonrakı məqalə

FTX Estoniyanın Rusiyadakı konsulunu saxlayıb