FTX Estoniyanın Rusiyadakı konsulunu saxlayıb

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Estoniyanın Sankt Peterburqdakı konsulunu saxlayıb.

FTX iyulun 6-da konsulun bir nəfərdən məxfi sənədləri qəbul edərkən saxlandığını bildirib.

FTX iddia edib ki, konsul Mart Lattenin fəaliyyəti diplomatik işçinin statusuna uyğun deyil və Rusiyaya qarşı açıq düşmənçilik səciyyəsi daşıyır. Lakin bununla belə diplomatın hansı sənədləri və kimdən aldığı barədə məlumat verilməyib.

Estoniya onun Rusiyanın Sankt Peterburq şəhərindəki konsulunun saxlanmasını “qurama” və “təxribat” adlandırıb. Estoniya Xarici İşlər Nazirinin bəyanatında deyilir ki, konsulun saxlanması Rusiyanın Avropa İttifaqı ilə qarşıdurma istədiyini nümayiş etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qazaxıstanda Nazarbayevə qarşı etiraz edənlər polislə toqquşub

Sonrakı məqalə

Neftin qiyməti son 6 ildə ən yüksək həddiə yüksəlir –