Qazaxıstanda xərci gəlirindən çox olan məmurlar işdən çıxarılacaq- Tokayev qanun imzaladı

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev korrupsiya ilə mübarizə ilə bağlı qanuna düzəlişləri imzalayıb.

Azpost.info xəbər verir ki, düzəlişlər xərcləri gəlirlərindən əhəmiyyətli dərəcədə artıq olan dövlət qulluqçularının məsuliyyətinin sərtləşdirilməsini nəzərdə tutur.

O cümlədən, gəlir və xərclər arasındakı məbləğin 90 faizi miqdarında cərimə təklif edilir. Bu məmurları dövlət qurumlarında vəzifə tutmaq qadağan edilməklə, üç il müddətinə işdən azad edilmə sanksiyası da gözləyir.

Qazaxıstan Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin sədr müavini Ulan Sarkulov hesab edir ki, bu, əhalinin aktivlərinin və əmlakının real mənzərəsini görməyə imkan verəcək.

Qeyd edək ki, 2021-ci il yanvarın 1-dən Qazaxıstan məmurları və onların həyat yoldaşlarının üzərinə gəlirləri və əmlakları haqqında bəyannamə təqdim etmək öhdəliyi qoyulub.

Azpost.info

 

Əvvəlki məqalə

Rusiyalı qrossmeyster idman vətəndaşlığını dəyişir

Sonrakı məqalə

“Hazırda havanın temperaturu iqlim normasından yüksəkdir”